Xülasə: Məktəb təcrübəsində fənlərin inteqrativ tədrisinin təmin olunması təhsil islahatlarının mühüm elementlərindən sayılır. Məzmun xətləri inteqrasiya oluna bilən müxtəlif fənlərin tədrisində yüksək nəticələrə nail olmaq üçün tədris prosesinin maraqlı hala gətirilməsi lazımdır. Belə metodik göstərişlər içərisində əyanilik prinsipini özündə birləşdirən pedaqoji proses zamanı sinifdənxaric və məktəbdənkənar fəaliyyətlər xüsusi yer tutur. Çünki dərslərin coğrafiya dərnəyi, meydançası, kabineti, ekskursiya, diyarşünaslıq muzeyi məkan kateqoriyasında təşkili təhsilalanlarda idrak funksiyalarını aktivləşdirir, fənlərarası inteqrasiyanı anlamağa kömək edir. Coğrafiya, fizika, kimya, biologiya, riyaziyyat, tarix fənlərinə aid mövzular əyani formada təqdim olunduğu üçün, motivasiya baş verir, sintez və assosiasiya meyilləri ortaya çıxır. Məqalədə sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərin inteqrativ təhsildə əhəmiyyəti, metodoloji problemləri və tərbiyələndirici aspektləri və təkmilləşdirilməsi yolları təhlil olunur. Perspektiv dövrdə sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərin uyğun məzmun xətləri üzrə birgə tədrisi təklif olunur.
Açar sözlər: sinifdənxaric və məktəbdənkənar fəaliyyətlər, coğrafiya və fənlərarası əlaqələr, sintez və assosiasiya, təlim-tərbiyə prosesi



