Xülasə:  Məktəbəqədər yaşlı uşaqlarda gözəllik hissini tərbiyə etmək, əsrlər boyu həyatın sınağından çıxmış, lakin son dövrlər modernləşməyə məruz qalaraq unudulmuş tətbiqi sənət nümunələri vasitəsi ilə uşaqları həyata hazırlamaq indi Azərbaycan pedaqoji elminin qarşısında duran mühüm vəzifələrindən biridir. Məhz məktəbəqədər təhsil müəssisələrində keçirilən ardıcıl, sistemli məşğələlər yolu ilə uşaq ətraf aləmin dərk olunmasının spesifik formaları ilə tanış olur və həyatı bədii obrazlarla, rənglərlə dərketməyə istiqamətləndirilir. Onların estetik zövqü, yaradıcı təxəyyülü, mənəvi hissləri tərbiyə olunur, formalaşır və bununla da gələcək inkişafın əlverişli təməli qoyulur. Təlim yolu ilə kiçik yaşlı uşaqlarda estetik dünya görüşünün və estetik mədəniyyətin inkişafı təsviri sənət məşğələlərinin təşkili və quruluşundan, öyrədiləcək materialın məzmun və xarakterindən, uşaqların yaş, bilik və hazırlıq səviyyəsindən, eləcə də, tətbiq olunan üsul və vasitələrin pedaqoji səmərəsindən asılıdır. Məhz bu səbəbdən məktəbəqədər təhsil sistemində təsvirçilik sənətinin təlim-tərbiyə funksiyası müasir tələblərə uyğunlaşdırılmalı, yeni təlim üsulları ilə xarakterizə olunmalıdır.

Açar sözlər: məktəbəqədər təhsil, rəsm, qarma-qarışıq, uşaq bağçası, karandaş, akvarel, cisim, düetal, təsvir, natura, işıq-kölgə, proses, natürmort

Mündəricat

Məqalə