Xülasə:  XXI əsrdə süni intellektin (Sİ) sürətli inkişafı təhsil sistemində fərdiləşdirilmiş öyrənmə, avtomatlaşdırılmış qiymətləndirmə və tədris planlaşdırmasının təkmilləşdirilməsi kimi imkanlar yaradır. Eyni zamanda, bu texnologiyaların tətbiqi etik, pedaqoji və sosial risklər doğurur: müəllim-şagird əlaqələrinin zəifləməsi, texnoloji asılılıq, məlumatların məxfiliyinin pozulması və rəqəmsal qeyri-bərabərlik. Tədqiqatın məqsədi süni intellektin təhsildə tətbiqinin pedaqoji və metodoloji aspektlərini, eləcə də mümkün riskləri araşdırmaqdır. Sorğular əsasında müəyyən olunmuşdur ki, iştirakçıların əksəriyyəti Sİ texnologiyalarının tədris keyfiyyətini artırdığını qəbul etsə də, etik və təhlükəsizlik narahatlıqları da ön plandadır. Müsbət tərəflər sırasına fərdiləşdirilmiş təlim, qiymətləndirmə prosesinin sadələşməsi və tədris qərarlarının dəstəklənməsi daxildir. Risklər arasında isə etik prinsiplərin pozulması, müəllim faktorunun zəifləməsi və texnoloji bərabərsizliyin artması xüsusi qeyd olunur. Məqalədə həmçinin Sİ platformalarının – ChatGPT, Khan Academy, Duolingo Max və Grammarly – pedaqoji imkanları və məhdudiyyətləri təhlil edilir. Məqalə təhsildə Sİnin məsuliyyətli və balanslı şəkildə tətbiqi üçün dörd əsas istiqamət üzrə tövsiyələr təqdim edir: müəllimlərin hazırlanması, etik-hüquqi çərçivələrin formalaşdırılması, texnoloji infrastrukturun təkmilləşdirilməsi və şəxsi məlumatların qorunması.

Açar sözlər: süni intellekt, platformalar, risq, fərdiləşdirilmə, avtomatlaşdırma, planlaşdırma

Mündəricat

Məqalə