Xülasə: Məqalədə XX əsrin sonlarında dünya tarixində bəzi tədqiqatçıların ilk məbəd, ilk tapınaq bəzilərinin isə ovçuların ilk toplanma yeri, o dövr insanlarınını ilk ictimai məkanı olan Göbəklitəpədən bəhs olunur. Bu fundamental abidə həqiqətəndə dünya tarixinin gedişatını dəyişən əsrarəngiz bir abidədir. Məqaləni aktual edən əsas səbəblərdən biri buradan tapılan və 12 min il bundan əvvələ aid olan, dünya tarixində hələlik rast gəlinməyən möhtəşəm tikili qalıqları, insan və heyvan simvollarının izahıhının elmdə hələdə tam olaraq cavab verilməməsidir. Bu abidə dünya tarixçiləri və arxeoloqlarının birmənalı şəkildə qəbul etdiyi, dünyada ağıllı insan tərəfindən yaradılan ilk ümumi toplanma və ibadət yeridir. Bununla belə buradakı maddi mədəniyyət qalıqları son dövrə qədər elmdə məlum olan bir fikr haqqında araşdırmaçıları düşünməyə vadar etdi. Beləki, tarixdə insanların ilk olaraq əkinçilikdən sonra mədəniyyətə keçdiyi deyilirdisə, bu abidə bu nəzəriyyəni dəyişərək əksinə olduğunu dəlillərlə subuta yetirdi. Məqalədə əsas məqsəd o dövr insanlarının dünyaya və ətraf aləmə baxışını, başqa canlılara münasibətlərini, həmin insanlarda düşüncə və yaradıcılıq qabiliyyətinin düşündüyümüzdən fərqli olaraq, çox yüksək dərəcədə inkişaf etdiyini aydınlaşdırmaqdan ibarətdir. Nəticə olaraq bu mənada Göbəklitəpə abidəsi bizlərə atlarımızın bizə məlum olan Misir, Mesopotomiya və başqa mədəniyyətlərdən minillərlə öncə də böyük bir mədəniyyətə sahib olduğunu açıq-aşkar göstərir

        Açar sözlər: Göbəklitəpə, simvol, abidə, heyvan, tikinti, ibadət, məbəd

 

Mündəricat

Məqalə