Xülasə:  Müasir təhsil sistemi informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq yalnız nəzəri biliklərin ötürülməsi ilə kifayətlənə bilməz. Bu gün şagirdlər analitik təfəkkür, problem həll etmə bacarığı, yaradıcı düşüncə və texnoloji savadlılıq kimi bacarıqlara malik olmalıdırlar. İnformatika fənninin tədrisi bu bacarıqların inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir. Ənənəvi metodlarla müqayisədə yaradıcı və inkişafetdirici tapşırıqlar şagirdlərin idrak fəaliyyətini stimullaşdırır, motivasiyasını artırır və onları gələcək peşə fəaliyyətinə hazırlayır. Bu baxımdan tədqiqatın aktuallığı həm təhsil sistemi, həm də şagirdlərin şəxsi və peşəkar inkişaf perspektivləri ilə birbaşa bağlıdır. Tədqiqatın məqsədi informatika dərslərində yaradıcı və inkişafetdirici tapşırıqların tətbiqinin şagirdlərin bilik, bacarıq və təfəkkür inkişafına təsirini müəyyənləşdirmək, həmçinin bu tapşırıqların pedaqoji effektivliyini qiymətləndirməkdir. Tədqiqat çərçivəsində layihə əsaslı, problem əsaslı və oyunlaşdırılmış öyrənmə yanaşmalarının rolu, şagirdlərin motivasiyası və yaradıcı fəaliyyət nəticələri araşdırılmışdır. Tədqiqat metodologiyasına həm nəzəri, həm də praktiki yanaşmalar daxil edilmişdir. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, yaradıcı tapşırıqlar şagirdlərin təxəyyülünü, innovativ bacarıqlarını və praktiki tətbiq imkanlarını artırır. İnkişafetdirici tapşırıqlar isə məntiqi, analitik və tənqidi düşüncə qabiliyyətlərinin formalaşmasına xidmət etmişdir.

  Açar sözlər: informatika tədrisi, yaradıcı tapşırıqlar, inkişafetdirici tədris, innovativ metodlar, problem əsaslı öyrənmə, layihə yanaşması, şagird motivasiyası


 

Mündəricat

Məqalə