Xülasə: Bu tədqiqatın məqsədi VIII sinifdə riyaziyyat fənni üzrə məzmun xətləri üzrə mövzuların öyrədilməsi zamanı fəndaxili və fənlərarası əlaqələrin tədris prosesinə təsirini araşdırmaqdır. Araşdırmada 8-ci sinif Riyaziyyat dərslikləri, metodik vəsaitlər və elektron resurslar (Math Play, Kids Numbers) material bazası kimi istifadə olunmuşdur. Tədqiqatın metodologiyası elmi-təhlil, müşahidə, eksperimental və müqayisəli analiz metodlarını əhatə etmişdir. Bu yanaşmalar şagirdlərin riyazi anlayışları mənimsəmə, məntiqi təfəkkürü inkişaf etdirmə, praktiki problemləri həll etmə və fənlərarası əlaqələri qavrama səviyyəsinin sistemli qiymətləndirilməsinə imkan yaratmışdır. Müşahidə və eksperimental təcrübələr göstərmişdir ki, dərs zamanı fəndaxili və fənlərarası əlaqələrin sistemli şəkildə tətbiqi şagirdlərin riyazi problemləri yaradıcı və məntiqi yollarla həll etmə qabiliyyətini artırır, onların tədris motivasiyasını gücləndirir və öyrənmə prosesində aktiv iştirakını təmin edir. Yekun olaraq, tədqiqat göstərir ki, riyaziyyat təlimində fəndaxili və fənlərarası əlaqələrin məqsədyönlü tətbiqi yalnız riyazi biliklərin mənimsənilməsini təmin etmir, həm də şagirdlərin intellektual, analitik və praktiki bacarıqlarının inkişafına, eləcə də onların problemləri məntiqi və yaradıcı şəkildə həll etmə qabiliyyətlərinin formalaşmasına müsbət təsir göstərir. Bu baxımdan, məzmun xətləri üzrə mövzuların əlaqələndirilmiş şəkildə öyrədilməsi müasir pedaqoji təcrübə üçün əhəmiyyətli tövsiyələr təqdim edir və riyaziyyat təliminin səmərəliliyinin artırılmasına yönəlmiş strategiyaların formalaşdırılmasına imkan yaradır
Açar sözlər: riyaziyyat, kurikulum, ümumtəhsil məktəbləri, məzmun xətləri, təfəkkür
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.



