Xülasə: Məqalə ibtidai siniflərin riyaziyyat təlimində riyazi məsələlərin şagirdlərin idrak fəallığının inkişafında rolunun araşdırılmasına həsr olunmuşdur. Mövzunun aktuallığı müasir təhsil sistemində şagirdyönümlü və inkişafetdirici təlim yanaşmalarının tətbiqinin zəruriliyi, eləcə də riyaziyyat fənninin idrak proseslərinin formalaşdırılmasında aparıcı mövqeyi ilə şərtlənir. Tədqiqatın məqsədi riyazi məsələlərin məqsədyönlü tətbiqi vasitəsilə ibtidai sinif şagirdlərinin idrak fəallığının formalaşdırılması və inkişaf etdirilməsi yollarını elmi-metodoloji baxımdan əsaslandırmaqdan ibarətdir. Araşdırma zamanı təhlil və sintez, müqayisəli-təhlil, pedaqoji müşahidə və elmi-nəzəri təhlil metodlarından istifadə edilmişdir. Elmi mənbələrin və təlim təcrübəsinin təhlili göstərir ki, problemli situasiya yaradan, müxtəlif həll yollarına imkan verən və şagirdlərin yaş və idrak imkanlarına uyğun seçilmiş riyazi məsələlər onların müstəqil düşünmə, axtarış aparma və yaradıcı idrak fəallığının yüksəlməsinə şərait yaradır. Məqalədə müəllimin fasilitator rolunun, müstəqil işlərin və əməkdaşlığa əsaslanan təlim mühitinin şagirdlərin idrak fəallığının inkişafına təsiri əsaslandırılmışdır. Nəticə etibarilə müəyyən edilmişdir ki, ibtidai siniflərin riyaziyyat təlimində riyazi məsələlərin sistemli və məqsədyönlü tətbiqi təlimin səmərəliliyini artırmaqla yanaşı, şagirdlərin şəxsiyyət kimi formalaşmasına mühüm töhfə verir.
      Açar sözlər: məsələnin həllinin araşdırılması, alınan nəticənin müzakirəsi, həll edilmiş məsələnin konkretləşdirilməsi

Mündəricat

Məqalə