Xülasə: Azərbaycan xalqının milli-mənəvi irsi zəngin tarixi, mədəni və mənəvi dəyərlərə əsaslanan, nəsillərdən-nəslə ötürülən bir xəzinədir. Bu irs xalqın kimliyini, dünyagörüşünü, adət-ənənələrini və milli şüurunu əks etdirir. Tarixi dövrlər boyunca müxtəlif sınaqlara baxmayaraq, Azərbaycan xalqı milli dəyərlərinə sadiq qalaraq onları qoruyub saxlamışdır. Milli-mənəvi irsə xalq ədəbiyyatı, folklor, musiqi və sənət nümunələri, milli adət-ənənələr, dini-etik prinsiplər və ümumbəşəri mənəviyyat daxildir. XXI əsrdə qloballaşma və texnoloji inkişaf fonunda bu irsin qorunması və gələcək nəsillərə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir. Tədqiqat analitik-deskriptiv və müqayisəli təhlil metodları əsasında aparılmış, milli-mənəvi irsin tarixi inkişafı, təhsil prosesində rolu və innovativ pedaqoji yanaş- malarla inteqrasiyası araşdırılmışdır. Məqalədə rəqəmsal resurslar, virtual muzeylər və interaktiv dərsliklər vasitəsilə milli dəyərlərin gənc nəsildə təşviqi məsələləri təhlil edilmişdir. Nəticədə, milli-mənəvi irsin təhsildə qorunması və təbliği həm milli kimliyin möhkəmlənməsinə, həm də ümumbəşəri dəyərlərin inkişafına xidmət edir. Bu araşdırma milli irsin müasir təhsil sisteminə inteqrasiyası və pedaqoji təsiri istiqamətində elmi yenilikçi yanaşmaları ortaya qoyur.
   Açar sözlər: milli-mənəvi irs, Azərbaycan, mədəniyyət, tarix, ənənələr, identifikasiya, milli dəyərlər

 

Mündəricat

Məqalə