Xülasə: Məqalədə “Texnologiya” fənninin ibtidai sinifdə tədrisinin şagirdlərin bədii istedadlarının üzə çıxarılmasındakı
əhəmiyyəti təhlil edilir. Tədqiqatın aparılmasında məqsəd ibtidai sinifdə “Texnologiya” fənni vasitəsilə bədii istedadlı şagirdlərin aşkara çıxarılması imkanlarını araşdırmaq, onların yaradıcılıq potensialını müəyyənləşdirmək, inkişaf etdirməyə yönəlik effektiv təlim metodları və yanaşmaları müəyyən etməkdir. İndiki dövrdə bədii istedadlı şagirdlərin vaxtında aşkar olunması və onların potensialının inkişaf etdirilməsi müasir təhsilin prioritet istiqamətlərindən biridir. Bu baxımdan “Texnologiya” fənninə aid dərsliklərdəki mövzuların təlim metodları vasitəsilə düzgün istiqamətdə tədrisi bədii yaradıcılığı üzə çıxarmaq üçün mühüm əhəmiyyətə malikdir. Tədqiqatda bu yöndə aparılacaq işlərin, metodikaların rolu göstərilmiş, nəzəri və praktik əhəmiyyəti qeyd olunmuşdur. Bu xüsusda alınan nəticə ondan ibarətdir ki, ibtidai sinifdə “Texnologiya” fənninin tədrisi şagirdlərdə yaradıcılıq potensialını üzə çıxarmaqda əlverişli şərait yaradır.
Açar sözlər: məktəb, ibtidai sinif, şagird, Texnologiya fənni, bədii istedad, bədii yaradıcılıq



