Xülasə: Müasir cəmiyyətdə uğurlu və faydalı fərd kimi formalaşma düzgün
peşə seçimi ilə birbaşa bağlıdır. Şagirdlərin peşəyönümü fəaliyyəti və praktik
məşğələlər onların gələcək peşə istiqamətini müəyyən etməsində əsas rol oynayır. Praktik fəaliyyət şagirdlərə öz maraq və qabiliyyətlərini kəşf etmək, əmək
vərdişləri qazanmaq, məsuliyyət hissini formalaşdırmaq və real iş şəraitində
təcrübə toplamaq imkanı yaradır. Bu prosesdə müəllimin istiqamətverici rolu,
valideynlərin dəstəyi və cəmiyyətin iştirakı əvəzolunmazdır. Texnologiya fənni,
STEAM və PBL yanaşmaları şagirdlərin analitik düşüncə, yaradıcı yanaşma və
problem həll etmə bacarıqlarını inkişaf etdirir. Praktik məşğələlər şagirdlərdə
əməksevərlik, əməkdaşlıq, özünəinam və məqsədyönlülük kimi keyfiyyətlərin
formalaşmasına xidmət edir. Belə yanaşma onların gələcəkdə yalnız ixtisaslı
kadr deyil, həm də peşəsini sevən, cəmiyyətə faydalı və məsuliyyətli fərd kimi
yetişməsini təmin edir. Məktəbdə sistemli və məqsədyönlü peşəyönümü fəaliy- yəti, praktik məşğələlərə xüsusi yer verilməsi şagirdlərin rəqabətədavamlı, ya- radıcı və müstəqil düşüncəli olmasına zəmin yaradır.

Mündəricat

Məqalə