Xülasə:
Müasir təhsil sistemi beynəlxalq standartlara əsaslanaraq inklüziv təhsili prioritet istiqamət kimi müəyyən edir və bu, bütün uşaqların, o cümlədən xüsusi ehtiyacı olanların bərabər təhsil imkanlarına malik olmasını təmin edir. Tədqiqatda ibtidai sinif müəllimlərinin fərdi uşaqların inkişaf xüsusiyyətlərini nəzərə alaraq adaptiv metodlar tətbiq etməsi, sosial və emosional dəstək verməsi, valideynlərlə əməkdaşlıq etməsi və innovativ texnologiyalardan istifadə etməsi vacib amillər kimi müəyyən edilmişdir. Məqalədə inklüziv təhsilin yalnız pedaqoji nəticələrə deyil, həm də sosial ədalətin təmininə, uşaqların sosial adaptasiyasına və cə miyyətin inklüziv dəyərlərə əsaslanan inkişafına töhfə verdiyi göstərilmişdir. Tədqiqatın material bazasını yerli və xarici alimlərin elmi əsərləri, beynəlxalq təşkilatların metodik tövsiyələri və normativ sənədlər təşkil etmişdir. Nəticələr göstərir ki, inklüziv pedaqoji yanaşmaların tətbiqi uşaqların fərdi inkişafını gücləndirir, təhsil prosesinə aktiv cəlb olunmasını təmin edir və onların gələcək sosial inteqrasiyasını asanlaşdırır. Məqalədə həmçinin inklüziv təhsilin praktikada qarşılaşdığı çağırışlar – müəllim hazırlığının aşağı olması, maddi-texniki imkanların məhdudluğu və valideyn maarifləndirilməsi çatışmaz lıqları – qeyd edilmiş və həll yolları tövsiyə olunmuşdur.
Açar sözlər: inklüziv təhsil, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, fərdiləşdirilmiş tədris, adaptiv metodlar, sosial və emosional dəstək



